ABŞ-ın terrorçu qruplaşmalar siyahısına daxil etdiyi “Hizbullah” təşkilatı sanksiyalardan sonra maliyyə problemi ilə üzləşib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib: “Artıq bəzi əlamətlər göstərir ki, “Hizbullah” heç də yaxşı maliyyə vəziyyətində deyil. Bu, ABŞ-ın İranla nüvə sazişindən çəkilməsindən və İrana qarşı sanksiyalarından sonra baş verib.
Bununla da İranın hərbi xərcləri və “Hizbullah”a dəstəyi azaldı”.
Son xəbərlər
Son Xəbərlər