Hökm sabah olacaq

Hökm sabah olacaq
Oxunma sayı: 259

“Qafqazinfo”ya açıqlama verən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı bildirib ki, hökmün sabah saat 15.00-də oxunacağı gözlənilir: “Hakimlər müşavirəyə gedərkən dedilər ki, hökmün nə vaxt oxunacağı dəqiq bilinmir. Ola bilsin ki, bayramdan sonra oxunsun, lakin sonradan bizə bildirdilər ki, sabah saat 15.00-də hökm oxunacaq. Dəqiq məlumat isə vəkillərlə danışandan sonra açıqlanacaq”.

Məlumat üçün bildirək ki, mitinqdə həbs olunan 6 nəfər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilirlər.

Xatırladaq ki, ötən həftə baş tutan prosesdə dövlət ittihamçısı Sahib Kərimov və Arif Alışlının 4 il 6 ay, Zülfüqar Eyvazlı və Elnur İsrəfilovun 4 il, Elşən Həsənov və Babək Həsənovun isə 3 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi