Hökməlidə əməliyyat, 5 nəfər tutuldu - Video

hokmelide-emeliyyat-5-nefer-tutuldu
Oxunma sayı: 3042

Abşeron RPİ Qobu Polis Bölməsinin əməkdaşları növbəti əməliyyat keçirib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Hökməlidə həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Əməliyyat zamanı qəsəbədə yaşayan İlqar Niyazov, Faiq Qeybullayev, Azər Məmmədov, Niyazi Kazımov və Sevindik Kərimov tutulub. Onların üzərində axtarış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron RPİ-yə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.