Hökməlidə ev yandı

hokmelide-ev-yandi
Oxunma sayı: 1300

Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb. 

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan 1 ədəd kondisioner qarsalanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.