Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus tikilidə yanğın baş verib.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı tikilinin içərisində 1 ədəd yataq dəsti yanıb. Yanğının kəşfiyyatı zamanı tikilinin içərisində şəxsiyyəti məlum olmayan 1 kişi cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər