“Gürcüstan Prezidenti Salome Zurabişvili respublika konstitusiyasında yer alan prinsipləri dəfələrlə pozub. Hökumət bununla bağlı yaxın vaxtlarda Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır”.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat ölkənin hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının bəyanatında yer alıb.
Partiya qeyd edib ki, dövlət başçısı dəfələrlə bir çox səfiri təyin etməkdən imtina edib. Eləcə də Nazirlər Kabineti ilə əvvəlcədən razılaşdırılmadan xarici ölkələrə bir sıra səfər edib ki, bu da konstitusiyanın pozulması deməkdir.
Son xəbərlər
Son Xəbərlər