Hökumət hansı sahibkarlara maliyyə dəstəyi göstərəcək?

Hökumət hansı sahibkarlara maliyyə dəstəyi göstərəcək?
Oxunma sayı: 5920

Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstəriləcək.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan hökumətinin iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində təsdiqlədiyi Tədbirlər Planına əsasən, 300 min sahibkar üçün 80 milyon manat dəyərində vəsait ayrılıb.

Bu, 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil ediləcək.

İşin icrası İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinə tapşırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi