“Hökumət koronovirusla bağlı sahibkarlara güzəşt edilməsi barədə müzakirələr aparır”.
“Koronavirusla bağlı görülən tədbirlər strukturlar arasında uyğunsuzluq yaradır. Fors-major hallara epidemiyanın yayılması daxil deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O bildirib ki, belə halda müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi bizə lazım olacaq:
“Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir. Digər ölkələrdə hökumət sahibkarlara hansısa güzəşt edir. Bununla bağlı Azərbaycan da daxildə müəyyən müzakirələr aparılır”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər