Hökumətdən ABŞ-Azərbaycan münasibətlərinə - - Reaksiya

hokumetden-abs-azerbaycan-munasibetlerine-
Oxunma sayı: 2075


“Ayrı-ayrı hüquq müdafiəsi təşkilatları, fikir formalaşdırma mərkəzləri nələrisə müşahidə edə bilər. Amma Azərbaycanla Amerika arasındakı münasibətlər həm beynəlxalq sülh yaratma proseslərində, terrorizmlə mübarizə sahəsində, həm də beynəlxalq enerji təhlükəsizliyi məsələlərində, Xəzər dənizinin və Cənubi Qafqazın transmilli kommunikasya xəttlərinin birgə istismarında davam edir. O cümlədən Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial sahədə münasibətlər davam edir. Bəzi dairələr var ki, bu münasibətləri kəsməyə çalışır. Onlar Amerika mətbuatında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirir. Bu yazıların da hazırlanması bir qayda olaraq real gerçəkliyi deyil, ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında həyata keçirilir. Biz bunun qarşısını almağa çalışırıq. 

ABŞ Dövlət Deprtamentinin Azərbaycanla bağlı dinləmələrinə gəlincə isə, Ə.Həsənov bunu normal qarşıladığını deyib: “Bizim parlament də ABŞ-la bağlı dinləmələr keçirir, QHT-lər də həmçinin. Lazım olsa biz də hökumət olaraq analoji dinləmələr keçirə bilərik. Siyasi plüralistik ideyaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. ABŞ-da Azərbaycan həyatını olduğu kimi təhlil etsinlər, biz də olduğu kimi Amerika cəmiyyətindəki hadisələri təhlil edib, münasibət bildiririk. Amma belə dinləmələrin bir prinsipi var. Müzakirələrə ancaq anti-Azərbaycan qüvvələri deyil, eyni zamanda Azərbaycandakı mövcud vəziyyəti həqiqətən bilən insanları da dəvət etmək lazımdır ki, müzakirələr birtərəfli yox, neytral keçsin”. 

Azərbaycanda xaricdən maliyyələşən, qərbyönümlü QHT-lərin fəaliyyətinə gəlincə isə, administrasiya rəsmisi QHT-ləri qərbyönümlü və şərqyönümlü olaraq bölmədiyini deyib:

“Bəzi QHT-lər sifarişlə işləyir, bizim təsnifat bu şkala üzrə aparılır. Ona görə də onlara yanaşma var. Biz istəyirik ki, onlar şəffaf fəaliyyət göstərsin”. 

Əfvin mütəmadi davam edən proses olduğunu vurğulayan Ə.Həsənov qeyd edib ki, Əfv komissiyasının fəaliyyəti də davam edir: “İndiyə qədər olduğu kimi bundan sonra da əfv istiqamətində işlər görüləcək”.

Milli Şuranın növbəti görüşə dəvət edilməsi məsələsinə gəlincə isə, Ə. Həsənov deyib ki biz bu görüşə şura deyil, ancaq siyasi partiyaları dəvət edirik. İstənilən siyasi partiya növbəti görüşlərdə də iştirak edə bilər.

Günel