“Hökumətin istefası Putinin müraciətinin reallaşmasına təsir etməyəcək”

hokumetin-istefasi-putinin-muracietinin-reallasmasina-tesir-etmeyecek
Oxunma sayı: 2186

“Rusiya hökumətinin istefa qərarı Prezident Vladimir Putinin Federal Məclisə müraciətindəki tədbirlərin həyata keçirilməsinə təsir etməyəcək”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy jurnalistlərə açıqlamasında deyib.

“Müraciətin həyata keçirilməsi dinamikasına, mən 100% əminəm ki, bugünkü mühüm dəyişikliklər təsir etməyəcək. Çünki Prezidentin müraciəti hakimiyyətin bütün qollarına birbaşa ünvanlanıb və biz bunu maksimum tez həyata keçirmək üçün çalışacağıq”, - deyə Tolstoy bildirib.

Qeyd edək ki, Vladimir Putin Federal Məclisə müraciətində Konstitusiyaya 7 düzəliş təklif edib.