Efiopiyada noyabrdan bu yana davam edən nümayişlərin qarşısını almaq üçün keçirilən əməliyyatda 400-dən çox insan öldürülüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İnsan Haqqları İzləmə Təşkilatı məlumat yayıb. Efiopiya hökuməti isə iddiaları təkzib edib. Təşkilat həmçinin, təhlükəsizlik qüvvələrinin on minlərlə insanı həbs etdiyini açıqlayıb.
Etirazların başlamasına səbəb isə, hökumətin paytaxt ərazisini ferma sahələrinə doğru genişləndirmək planı olub.
Hesabatda hökumətin qeyri-bərabər güc tətbiq etdiyi, lazım olmadığı halda ölümcül silahlardan istifadə etdiyi və kütləvi həbslər həyata keçirdiyi qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər