Holland klubu azarkeşləri üçün stadiona yataq gətirdi - Video

holland-klubu-azarkesleri-ucun-stadiona-yataq-getirdi
Oxunma sayı: 1318

Hollandiyanın “Vites” klubu sevgililər günündə qeyri-adi addım atmaqla gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Arnhem şəhərinin təmsilçisi qarşılaşmanı tribunada rahat yerlərdən izləmək istəyən cütlüyə daha yaxşı fürsət yaradıb.

Belə ki, meydançanın kənarına yataq dəsti gətizdirən klub həmin cütlüyün oyunu daha yaxından izləməsinə kömək edib. Həmin anların görüntüsünü təqdim edirik: