Hollandiya bayrağı çıxarıldı, yerinə Türkiyə bayrağı vuruldu... - Foto

hollandiya-bayragi-cixarildi-yerine-turkiye-bayragi-vuruldu
Oxunma sayı: 6043

Hollandiyanın İstanbuldakı Baş konsulluğunun binasındakı bayraq endirilərək Türkiyə bayrağı ilə əvəzlənib.

"Qafqazinfo" "Hurriyet"ə istinadən xəbər verir ki, bayrağı asan şəxs kameralara baxaraq əllərini qaldırıb, bir neçə saniyə sonra isə yoxa çıxıb.

Kimliyi açıqlanmayan Türkiyə vətəndaşının konsulluğun binasına necə girdiyi və sonrakı taleyi ilə bağlı heç bir məlumat verilməyib.

Daha sonra yenidən Türkiyə bayrağı endirilib, Hollandiya bayrağı isə əvvəlki yerinə qaldırılıb.