Hollandiya İspaniyanı stadiona "dəfn etdi" - - Yenilənib+Fotolar+Video

hollandiya-ispaniyani-stadiona-quotdefn-etdiquot-
Oxunma sayı: 2943


“Qafqazinfo” xəbər verir ki, bu dəfə Avropanın iki nəhəngi – İspaniya və Hollandiya yığmaları üz-üzə gəlir. Bu yığmalar həm də bundan əvvəlki Dünya Çempionatının finalçılarıdır.

Komandaların start heyəti belədir:

İspaniya: İker Kasilyas, Xerard Pike, Serxio Ramos, Andres İnyesta, Xavi Hernandes, Xabi Alonso, Serxio Buskets, Xordi Alba, Dieqo Kosta, David Silva, Sezar Aspilikueta.

Hollandiya: Jasper Kilessen, Vlaar, Stefan de Vriy, Martins İndi, Daley Blind, De Yonq, Yanmat, De Quzman, Uesli Sneyder, Robin van Persi, Aryen Robben.

***

Oyunun 27-ci dəqiqəsində ispan Xabi Alonso penaltidən yararlanaraq hesabı açıb.

***

44-cü dəqiqədə holland Van Persi hesabı bərabərləşdirib: 1-1.

***

İlk hissə 1-1 hesabı ilə başa çatıb. İkinci hissənin daha da maraqlı keçəcəyi gözlənilir.

***

Oyunun 51-ci dəqiqəsində Aryen Robben komandasını hesabda irəli çıxarıb: 2-1

***

Hollandların növbəti qolunu 64-cü dəqiqədə Stefan de Vriy vurub: 3-1.

***

73-cü dəqiqədə İker Kasilyasın kobud səhvindən sonra Robin Van Persi dubl edərək komandasının 4-cü qolunu vurub

***

80-ci dəqiqədə Robben başda Kasilyas olmaqla İspaniyaya futbol dərsi keçdi.5-1

***

Hollandiya çətin sınağından öhdəsindən lazımınca və hətta lazımından da artıq gələ bildi.  sonuncu dünya çempionları ilk oyundaca fiaskoya uğradı.5-1

İqbal