Hollandiya liderdir- - Yenilənib

hollandiya-liderdir-
Oxunma sayı: 901


"Qafqazinfo" xəbər verir ki, Hollandiya Çili ilə qarşılaşır. Hər iki komanda ilk iki oyununu qələbə ilə başa vurub. Hollandiya İspaniyanı 5-1, Avstraliyanı isə 3-2 hesabları ilə məğlub edib. Çili isəİspaniyanı 2-0, Avstraliyanı isə 3-1 hesabı ilə üstələyib. Komandaların start heyətləri belədir

Hollandiya: Cillessen, Vlaar, De Vrij, Blind, De Yonq, Janmaat, Sneyder, Robben, Kuyt, Lens, Vijnaldum

Çili: Bravo, Mena, İsla, Silva, Alexsis, Varqas, Quttieres, Medel, Jara, Aranguis, Dias

***

Gərgin keçən ilk 45 dəqiqədən sonra qapılara qol vurulmadı 0-0

***

77-ci dəqiqədə Leroy De Fer hesabı açdı. Hollandiya 1-0 Çili

***

Görüşün son dəqiqəsində Memfis Depay hollandların qələbə qolunu vurdu. Robben bu qolda işin 90%-ni görərək Depaya mükəmməl pas ötürdü ki, gənc futbolçuya da topu qapıya ünvanlamaq qaldı. Beləliklə, Hollandiya B qrupunu lider kimi, Çili isə ikinci yerlə tamamladı.

İqbal