Hollandiyada 14 məktəblini şimşək vurdu

hollandiyada-14-mekteblini-simsek-vurdu
Oxunma sayı: 1012

Hollandiyada azı 14 yeniyetmə ildırım vurmasından zərər çəkib.

“Qafqazinfo”nun “De Telegraf” qəzetinə istinadən məlumatına görə, insident Ossendrext şəhərinin məktəbli düşərgəsində baş verib.

Uşaqlar küçədə məşq edərkən onları ildırım vurub. Onlardan biri ciddi xəsarət alıb və ağır vəziyyətdə dərhal helikopterlə xəstəxanaya yerləşdirilib. Digərlər uşaqlara isə ilkin tibbi yardım göstərilib.