Hollandiyada avtobus sürücüləri kütləvi etiraza başladı

hollandiyada-avtobus-suruculeri-kutlevi-etiraza-basladi
Oxunma sayı: 960

Hollandiyada iş şəraitinin yaxşılaşdırılmasını və maaşlarının artırılmasını istəyən avtobus sürücüləri tətilə başlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Həmkarlar İttifaqı Konfederasiyasının çağırışı ilə ölkədə iki günlük tətil elan edilib.

Səhər saatlarından etibarən minlərlə sürücü işə çıxmadığı üçün marşrut xətlərində avtobusların sayı azalıb və sərnişinlər yollarda qalıblar.

Konfederasiyadan bildirilib ki, şərtlər yerinə yetirilərsə, tətil də sona çatdırılacaq.

Qeyd edək ki, Amsterdam, Rotterdam və Lahey şəhərlərindəki avtobus sürücüləri digərlərindən fərqli müqavilə əsasında işlədikləri üçün tətilə qatılmayıblar.