Xəbər verdiyimiz kimi, dünən ABŞ Fələstinə verilməsi nəzərdə tutulan 65 milyon dollarlıq humanitar yardımı təxirə saldığını açıqlamışdı.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Hollandiya hökuməti həmin qərara cavab olaraq BMT Fələstinli Qaçqınlara Yardım Fonduna (UNRWA) 13 milyon avro yardım edəcəyini bildirib.
Hollandiyanın xarici ticarət naziri Siqrid Kaaq bildirib ki, UNRWA-nın maliyyə vəziyyəti nəzərə alınaraq yardım təcili şəkildə göndəriləcək.
Qeyd edək ki, UNRWA-da qeydiyyatda olan 5,9 milyon fələstinli qaçqından 2,1 milyonu İordaniyada, 1 milyon 445 mini Qəzzada yaşayır. Digər hissəsi isə Suriya və Livandadır.
Son xəbərlər
Son Xəbərlər