“Hollandiyadan internetlə narkotik aldım…” -

hollandiyadan-internetle-narkotik-aldim-
Oxunma sayı: 1108


“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda müstəntiq ifadə verib.

Müstəntiq Elşən Cahangirov bildirib ki, onlara vətəndaş Samir Əliyev tərəfindən məlumat daxil olub ki, Əlirza Amanbəyli narkotik vasitələrin satışı ilə məşğuldur: “Samir Əliyev özü də əməliyyatda iştirak etməyə razı oldu. Ona öncədən işarələnmiş 4 ədəd 50 manat verdik. Əlirza ilə danışıb görüşdü. Bizim verdiyimiz pulu Əlirzaya verdi, həmin an biz onlara yaxınlaşıb Əlirzanı saxladıq. Üzərinə baxış keçirərkən özü könüllü olaraq 1 büküm narkotiki çıxarıb verdi. Əlirza dedi ki, narkotiki Bəhramdan alıb. Səhərisi gün biz Bakıxanov qəsəbəsində Bəhram Əliyevi saxladıq. O üst-üstə iki şalvar geyinmişdi. Altdakı şalvarının cibindən 5 büküm narkotik götürdük. Bəhram öz maşınında da əlavə narkotik olduğunu dedi və onu da təhvil verdi. Bəhram dedi ki, narkotiki Türkiyə vətəndaşı Fer Adildən alıb. Biz bir gün sonra Fer Adili də saxladıq. O narktotiki Hollandiyadan internet vasitəsilə aldığını dedi. Fer Adilin Sumqayıtdakı evindən əlavə 2 büküm narkotik aşkarlandı”. 

Bundan sonra hal şahidi qismində Əliyev Nicat və Musayev Cavanşir ifadə verib. Onlar istintaqa verdikləri ifadələrini təsdiq ediblər.

Məhkəmənin növbəti iclası avqustun 26-a təyin edilib.

Murad Əhməd

“Qafqazinfo”