Hollandiyalı futbolçu “Qarabağ”dan ayrıldı

hollandiyali-futbolcu-qarabagdan-ayrildi
Oxunma sayı: 2188

“Qarabağ” klubunun hücumçusu Raydell Pupon komandadan ayrılıb.

“Qafqazinfo”nun məlumatına görə, hollandiyalı futbolçu karyerasını "Roda" klubunda davam etdirəcək. O, klubla 6 aylıq müqavilə bağlayıb.

Klubun rəsmi saytı Puponun mövsümün sonuna qədər komandada çıxış edəcəyini yazıb. Eyni zamanda 28 yaşlı futbolçunun klubla müqaviləsini daha bir il uzada biləcəyi vurğulanıb.