Hollandiyalı futbolçu “Qəbələ” ilə müqavilə imzalayacaq

hollandiyali-futbolcu-qebele-ile-muqavile-imzalayacaq
Oxunma sayı: 743

Hollandiya mətbuatı Almaniya 2-ci liqasında mübarizə aparan “Nürnberq” klubunun futbolçusu Deyv Bulteysin artıq “Qəbələyə” keçdiyini yazıb.

“Qafqazinfo” xəbər verir ki, həmkarlarımız futbolçunun bu gün Azərbaycan klubu ilə rəsmi müqavilə imzalayacağını bildirib. 

Bundan sonra futbolçu "Qəbələ"nin Avstriyadakı təlim-məşq toplanışına qoşulacaq.