Hollandlar “kovboy”ları 6 dəqiqəyə dəfn etdi- - Yenilənib

hollandlar-kovboylari-6-deqiqeye-defn-etdi-
Oxunma sayı: 1575


“Qafqazinfo”nun məlumatına görə, bu dəfə Fortaleza şəhərindəki “Kastelao” stadionunda Hollandiya və Meksika yığmları üz-üzə gəlirlər.

Oyunu portuqaliyalı baş hakim Pedro Proenca idarə edir.

***

Hesabı 48-ci dəqiqədən Meksikadan Dos Santos açıb.

***

Matçın sonuna az qalmış – 88-ci dəqiqədə Sneyder bərabərlik qolunu vurub: 1-1.

***

90+2-ci dəqiqədə oyunun hakimi Meksikanın qapısına penalti təyin edib. 90+4-cü dəqiqədə Huntelar penaltini qola çevirib: 2-1.

***

Oyun bu hesabla başa çatıb. Hollandiya 1/4 finala vəsiqə qazanıb