Hollivud aktrisası həmcinsi ilə evlənir

hollivud-aktrisasi-hemcinsi-ile-evlenir
Oxunma sayı: 3716

“Alatoranlıq” filmindəki Bella Svon obrazı ilə dünya şöhrəti qazanmış Hollivud aktrisası Kristen Stüart ailə həyatı quracağını açıqlayıb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalist Hovard Şternin şousunda bildirib.

K. Stüart həmcinsi, ssenarist Dilan Mayerlə evlənəcəyini deyib: “Biz evlənəcəyik, bu, dəqiqdir. İstəyirdim ki, mənə evlilik təklifi etsinlər. Mən nə istədiyimi yetərincə aydın dedim və o, öhdəsindən gəldi. Biz evlənəcəyik, bu, həqiqətdir”. 

Qeyd edək ki, cütlük iki ildir görüşür. Onlar bu müddət ərzində münasibətlərini gizlətməyib, lakin, eyni zamanda, bu barədə geniş auditoriyaya danışmayıblar.

Kristen Stüart “Alatoranlıq” filmində