Hollivud aktrisası öldü

hollivud-aktrisasi-oldu
Oxunma sayı: 1820

Məşhur Hollivud aktrisası Qloriya Makmillan 88 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa son nəfəsini Kaliforniyadakı evində verib.

Məşhur aktrisa uzun müddətdir xərçənglə mübarizə aparırdı.

Qeyd edək ki, Makmillan “Our Miss Brooks”, “Dr. Kildare”, “Smile and Centtenial” kimi filmlərlə parlayıb.