Hollivud aktrisası vəfat etdi

hollivud-aktrisasi-vefat-etdi
Oxunma sayı: 2037

Hollivud aktrisası Şirli Nayt 83 yaşında vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “The Hollywood Reporter” xəbər verib.

Nəşrin məlumatına görə, aktrisa qızının Texasın San-Markos şəhərində yerləşən evində dünyasını dəyişib. Aktrisanın ölümü təbii səbəblərdən baş verib.

Şirli Nayt iki dəfə “Ən yaxşı ikinci plan aktrisası” kimi “Oskar” mükafatına namizəd olub. Bundan əlavə, o, iki dəfə “Emmi” və hərəsi bir dəfə olmaqla “Qızıl qlobus” və “Toni” mükafatlarının laureatı olub. Nayt ümumilikdə 100-dən çox rol oynayıb.