“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa İdena Haynsın meyiti Nyu-York küçələrindən birində çoxsaylı bıçaq yaraları ilə aşkar edilib.
Qətl baş verən zaman 33 yaşlı aktrisanın yanında onun keçmiş sevgilisi olub və qətli törətməkdə əsas şübhəli kimi polis bölməsinə aparılıb.
Hayns özü isə dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aktrisanın keçmiş sevgilisi isə psixiatrik ekspertizadan keçirilmək üçün xəstəxanaya göndərilib. Buna səbəb isə şahid ifadələri olub. Belə ki, şahidlərin sözlərinə görə, Haynsın sevgilisi bədənindəki şeytanı çıxarmaq üçün aktrisanı qətlə yetirib. Şahid şübhəlinin “Rədd ol, iblis! Səni qovuram” deyərək ona bıçaq zərbəsi vurduğunu deyib.
Son xəbərlər
Son Xəbərlər