Hollivud aktyorunun oğlu anasını öldürdü - Video

hollivud-aktyorunun-oglu-anasini-oldurdu
Oxunma sayı: 3943

Hollivud aktyoru Ron Elinin Santa-Barbaradakı (Kaliforniya ştatı) evində faciə baş verib.

“Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, onun 62 yaşlı həyat yoldaşı, “Miss Florida 1981” gözəllik müsabiqəsinin qalibi Valeri Ladin Eli 30 yaşlı oğlu Kameron Eli tərəfindən qətlə yetirilib.

Harvard Universitetinin məzunu Kameron hadisə yerinə gələn polislər tərəfindən güllələnib.

Həyat yoldaşının qətlə yetirildiyi vaxt aktyor evdə olub və zərər çəkməyib.

“Daily Mail” yazır ki, Kameron Valerinin öldürülməsində Ronu günahlandırmağa cəhd edib. Cavan oğlan özü polisə zəng edib və ağlaya-ağalaya atasının anasına hücum etdiyini deyib.

Cinayətin səbəbi hələ aydın deyil.

Qeyd edək ki, 81 yaşlı Ron Eli 1960-cı illərdə çəkilən “Tarzan” serialında yaratdığı baş rolla məşhurlaşıb. O, həmçinin, “Fantaziyalar adası”, “Möcüzə-qadın”, “Dok Sevidc: bürüncdən insan” və s. filmlərdə çəkilib. 80-ci illərdə “Miss Amerika” gözəllik müsabiqəsinin aparıcısı olub.