“Hollivud” restoranının qarşısında gənc qadını maşın vurdu

hollivud-restoraninin-qarsisinda-genc-qadini-masin-vurdu
Oxunma sayı: 3510

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə “Hollivud” restoranının qarşısında qeydə alınıb.

Belə ki, restoranın qarşısında yolu keçmək istəyən gənc qadını maşın vurub. O, açıq kəllə-beyin xəsarəti alıb.

Yaralı Rəsulzadə qəsəbəsindəki Ə.D.Məlikov adına 6 saylı şəhər xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza