Hollivud ulduzları Trampı boykot edəcəklər

hollivud-ulduzlari-trampi-boykot-edecekler
Oxunma sayı: 1095

Hollivud məşhurları başda aktyor Mark Ruffalo olmaqla ABŞ prezidenti Donald Trampın yanvarın 30-da konqresdəki çıxışını baykot etmək niyyətindədirlər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məşhurlar əvəzində Trampa qarşı keçiriləcək paralel tədbirə qatılacaqlar. 

Qeyd edək ki, prezident konqres qarşısında ölkədəki vəziyyətlə bağlı illik ənənəvi çıxışını edəcək. Ruffalonun başçılıq etdiyi ulduzlar isə “ölkədəki vəziyyətlə bağlı xalq çıxışı” adlı alternativ tədbir planlaşdırıb. 

Aktyor bildirib ki, prezident Trampın həqiqətlə bağlı çətinlikləri var, ziddiyyətli və radikal kursa sahibdir və ümidsizlik, çarəsizlik, neqativliyə çox böyük zaman xərcləyir.