Hollivud ulduzlarını daşıyan təyyarə məcburi eniş etdi - Video

hollivud-ulduzlarini-dasiyan-teyyare-mecburi-enis-etdi
Oxunma sayı: 1613

Amerikalı aktrisa Cennifer Anistonun xüsusi təyyarəsi Kanadanın Ontario hava limanına məcburi eniş edib.

“Qafqazinfo” TMZ-yə istinadən xəbər verir ki, pilotlar təkərlərində prolem yaranan təyyarə uğurlu şəkildə endirməyi bacarıb.

Məlumata görə, Meksika istiqamətində hərəkətdə olan təyyarədə Kortni Koks, Molli Kimmel kimi ulduzlar da olub. Aniston 11 rəfiqəsi ilə birlikdə doğum gününü qeyd etməyə gedirmiş.

Qeyd edək ki, Hollivud ulduzları onlar üçün ayrılan başqa təyyarə ilə yollarına davam ediblər.