Hollivud ulduzu 70 yaşında ata oldu

hollivud-ulduzu-70-yasinda-ata-oldu
Oxunma sayı: 3466

Hollivudun 70 yaşlı ulduzu Riçard Gir üçüncü dəfə ata olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Hola” dərgisi məlumat yayıb.

Aktyorun 36 yaşlı xanımı Aleksandra Silva oğlunu dünyaya gətirib. Bu, 2018-ci ildə evlənən cütlüyün sayca ikinci övladıdır.

Onlar hələ övladlarına ad qoymayıb və hazırda özlərini Nyu-Yorkdakı evlərində sosial həyatdan təcrid ediblər.

Qeyd edək ki, Riçardın aktrisa Keri Louelldən 20 yaşlı bir oğlu, Silvanın isə Robert Fredlanddan 7 yaşlı övladı var.