Hollivud ulduzu “Ədalətli Rusiya” Partiyasına qoşuldu

hollivud-ulduzu-edaletli-rusiya-partiyasina-qosuldu
Oxunma sayı: 2463

Hollivud aktyoru Stiven Siqal rəsmi olaraq “Ədalətli Rusiya – Həqiqət naminə” Partiyasına qoşulub.

Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.

Birləşmiş partiyanın deputatlar palatasının iclasında aktyora partiya bileti təqdim edilib.

Partiyanın mətbuat xidmətindən bildirilib ki, aktyor ekologiya məsələləri ilə, xüsusilə də təbiətin çirklənməsinə qarşı mübarizə ilə məşğul olmağa davam edəcək.

Daha əvvəl Siqal “Həqiqət uğrunda” Partiyasının üzvü idi.