Hollivud ulduzu ərəb maliyyəçiyə ərə gedir - Fotolar

hollivud-ulduzu-ereb-maliyyeciye-ere-gedir
Oxunma sayı: 3703

35 yaşlı amerikalı aktrisa, müğənni, model və geyim dizayneri Lindsi Lohan 34 yaşlı ərəb maliyyəçi, Dubay rezidenti Bader Şammasla nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib.

Lohan gələcək həyat yoldaşı ilə paylaşdığı fotolarına “Mənim sevgim. Mənim həyatım. Mənim ailəm. Mənim gələcəyim” şərhini verib.

Fotolarda, həmçinin Hollivud ulduzunun nişan üzüyü diqqət çəkib. “The Sun” nəşrinin məlumatına görə, zinyət əşyasının qiyməti 200 000 ABŞ dolları (340.000 AZN) məbləğində dəyərləndirilir.  

Qeyd edək ki, cütlüyün münasibəti iki ildən çoxdur davam edir.