Hollivud ulduzu gizli evləndi - Fotolar

hollivud-ulduzu-gizli-evlendi
Oxunma sayı: 2987

Hollivud ulduzu Hilari Suonk gizli toy edib.  “Qafqazinfo” xəbər verir ki, o, iki illik sevgilisi Philip Schneiderlə nikah bağlayıb. 

44 yaşlı iki “Oscar” mükafatçısının toyu Kaliforniyada reallaşıb. Məclis barədə məlumatı və özəl fotoları “Vogue” jurnalı dərc edib. 

Dərgi yazıb ki, Hilari toy üçün Elie Saab  imzalı gəlinlikdən istifadə edib.  Sözügedən paltar 150 saata hazırlanıb.

Məclisdə cütlüyün ailə üzvləri və yaxın dostları iştirak edib. 

Qeyd edək ki, Suonk daha əvvəl 1998-2007-ci illərdə amerikalı aktyor Chad Lowe ilə evli olub.