Hollivud ulduzu Sarah Jessica Parkerin Nyu-Yorkda başına iş gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Sex and The City” serialının qəhrəmanı məşhur otellərdən birinin liftinə minib.
Lift anidən xarab olub və 51 yaşlı aktrisa 45 dəqiqə içəridə qalıb.
O, xilasetmə zamanı çəkdiyi videonu instaqramda paylaşıb.
“Panikaya düşmədim, yeməyimi yemişdim, suyumu içmişdim. Telefonum isə sönməmişdi, yanımda idi. Həmçinin yeni insanlarla tanış oldum” – deyə aktrisa bildirib.

Son xəbərlər
Son Xəbərlər