Hollivud ulduzu müsəlman qadınlara məxsus “kupalnik”də - Fotolar

hollivud-ulduzu-muselman-qadinlara-mexsus-kupalnikde
Oxunma sayı: 1518

Hollivud ulduzu Lindsi Lohan Phuket adasında çimərliklərdən birində müsəlman qadınlara məxsus ənənəvi “kupalnik” olan burkinidə görüntülənib.

“Qafqazinfo”nun “The Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, 30 yaşlı kinoulduz Taylandda dostları ilə birlikdə dincəlir. Sənətçi İnstaqram hesabında adi çimərlik geyimində olan şəkillərini də paylaşıb.

Qeyd edək ki, islam dinini qəbul etdiyi deyilən aktrisa bir müddət öncə İnstaqram hesabındakı bütün şəkilləri silərək adının yanına “Alaikum salam” ifadəsini yazıb.

Xristian ailəsində dünyaya göz açan Lohan bundan öncə bir neçə fərqli dinlərə sitayiş edib. 2016-cı ildə Türkiyənin Qaziantep şəhərinə səfər edib burada suriyalı ailələrlə görüşən aktrisa başörtüyü ilə də müzakirələrə səbəb olmuşdu.