Hollivud ulduzu Anne Hathaway Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri seçilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun qadınların bərabərliyi və hüquqlarının gücləndirilməsi üçün BMT elçisi təyin edildiyi açıqlanıb.
Hathaway qadınlarla yanaşı azyaşlı qızların hüquqları uğrunda mübarizə aparacağını söyləyib, sözügedən vəzifə ilə bağlı BMT-yə təşəkkürünü bildirib.
Xatırladaq ki, Anne Hathaway “Les Miserables” filmindəki roluna görə “Oskar” mükafatına laiq görülüb.
Son xəbərlər
Son Xəbərlər