Hollivud ulduzu Türkan Şorayla bağlı paylaşım etdi

hollivud-ulduzu-turkan-sorayla-bagli-paylasim-etdi
Oxunma sayı: 5423

Hollivud ulduzu Eva Mendes məşhur türkiyəli aktrisa Türkan Şorayla bağlı paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, o, Türkan Şorayın rol aldığı "Arım, balım, şekerim" filmindən bir səhnəni instaqram hesabında paylaşıb.

E. Mendes paylaşımına "Yeşilçam"ın aktrisası barədə "Türkan Şoray bir ikonadır. Ona bax və həzz al" sözlərini yazıb.