Hollivud ulduzu Zelenski ilə görüşdü - Fotolar

hollivud-ulduzu-zelenski-ile-gorusdu
Oxunma sayı: 3659

Amerikalı aktrisa və prodüser Cessika Çesteyn Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri öz instaqram hesabında bildirib.

“Amerikalı aktrisa Cessika Çesteyn bu gün Ukraynadadır. Bizim üçün məşhur insanların belə səfərləri çox qiymətlidir. Bunun sayəsində dünya ölkəmizdə baş verən hadisələr haqqında həqiqəti daha çox eşidəcək, biləcək və başa düşəcək. Dəstək üçün təşəkkür edirəm!”, - Zelenski yazıb.

“Ukrainskaya pravda”nın xəbərinə görə, Kiyevdə səfərdə olan C. Çesteyn “Oxmatdet” xəstəxanasına gedib. Orada ona hərbi vəziyyət zamanı tibb mərkəzinin fəaliyyəti haqqında məlumat verilib. Aktrisa Xerson və Çerniqovdan olan uşaqları ziyarət edib.