Homoseksual gəncin dəfn mərasimində qalmaqal- - Fotolar+Yenilənib

homoseksual-gencin-defn-merasiminde-qalmaqal-
Oxunma sayı: 12812


Ötən gün intihar edən gənc homoseksual İsa Şahmarlının dəfni öncəsi Binə qəsəbəsində həyəcanlı dəqiqələr yaşanır.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, yerli gənclər İsa Şahmarlının dost və tanışlarının dəfn mərasimində iştirakına imkan vermir. Əvvəlcədən daş toplayan gənclər bəyan edirlər ki, dəfnə gələnləri daşqalaq edəcəklər.

ANS telekanalının çəkiliş qrupunun da işləməsinə imkan verilmir.

***

Binədə gərginlik artır. Əməkdaşımız xəbər verir ki, ANS telekanalının kamerası sındırılıb.