Homoseksual olduğunu etiraf etdi

homoseksual-oldugunu-etiraf-etdi
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, Orlando bu etiraf ilə adını “boksun ilk homoseksualı” olaraq tarixə yazdırıb. Boksçu açıqlamasında bu etirafı etdiyinə görə atasına minnətdar olduğunu bildirib: ”Atam bunu etiraf etməyimdə böyük rol oynayıb. Anamın və bacımın da məni başa düşəcəyini ümid edirəm”.

Orlando bu açıqlamasından sonra karyerasında daha çox uğur qazanacağını ifadə edib: “İndi özümdən daha əminəm. Rinqdə daha diqqətli olacağam. Rəqiblərimə qarşı daha effektli yumruqlar atacağıma əminəm. Çünki bu etiraf ilə birlikdə içimdəki bütün qorxaqlıq uçub gedib”.

Qeyd edək ki, Orlando Cruz indiyə qədər çıxdığı 21 oyundan yalnız 2-də məğlub olub.