Müasir kompüterin banisi sayılan ingils riyazyyatçısı Alan Türinqin (Alan Turing) adını yəqin ki, çoxu eşidib.
Bilməyənlər üçün 1-2 cümlə deyim ki, bu adam ilk dəfə maşınların və kompüterlərin zehnə sahib olmasının mümkünküyünü araşdırıb və bunun mövcudluğunu sübut edib. Özünün Alqoritm proqramı ilə bizim bu dəqiqə işlədiyimiz müasir kompüterin əsasını qoyub və s.
Bu alim haqqında daha ətraflı bilgi öyrənmək istəyənlərə ən böyük tövsiyyəm: “İmitasiya oyunu” filminə baxın. Niyə ətraflı? Çünki bu filmə baxandan sonra şəxsən mən onun homoseksual olduğunu öyrəndim. Bilmirdim. Hətta ölümü də məhz bununla bağlıdır.
Deməli, 2-ci dünya müharibəsinin ən qızğın çağlarında faşistlərin “Enigma” adında kəşfiyyat aparatını sındıran bu alim, nəcə olursa, 41 yaşında çox ağır bir cəzaya məhkum edilir.
Həmin dövrdə Birləşmiş Krallıqda homoseksuallıq böyük qəbahət sayıldığından Alan Türinqə xüsusi Estrogen maddəsi vurulub və xədim edilib. Bu ağır “müalicə”yə dözə bilməyən alim bir il sonra dünyasını dəyişib. Cəmi 42 yaşında.
Başqa bir verisyada isə onun intihar etdiyi bildirlir. İddia olunur ki, prosesin əks effektlərinə dözə bilməyən alim zəhərli bir alma yeyərək özünü həyatdan məhrum edir.
“İmitasiya oyunu” filmində onun dəqiq ölümü təsvir edilməsə də, sonda səslənən bir rəqəm xüsusi diqqətimi çəkdi. Deməli, həmin illərdə Türinq kimi həmcinsi ilə münasibətə üstünlük verən 43 min insan “xədim etmə” metodu nəticəsində ölüb. Çox cidi rəqəmdir.
Film haqqında onu deyim ki, ingislis aktyor Benedikt Kambebaç (Benedict Cumberbatch) rolunun öhdəsindən layiqincə gəlib. Onun nişanlısı rolunda çıxış edən Kira Naytli (Keira Knightley) də həmişəki kimi sadə və təbbiiliyi ilə çox xoşuma gəldi. Hər ikisi bu il Oskara namizəddirlər.
Amaerika Kino Akademiyası filmi ümumilikdə, 8 nominasiya üzrə mükafatlara namiəzəd göstərib. Ən yaxşı film, ən yaxşı rejissura, ən yaxşı ssenari də bu kateqoriyalara daxildir.
Filmdəki bir maraqlı nüansı da diqqətinizə çatdırım. Türinq, icad etdiyi aparata Kristofer (Christopher) adını qoyur ki, sən demə bu da onun məktəbdəki ən yaxın dostunun, həm də sevidiyi oğlanın adıdır. Hətta ömrünün son anlarında həmin aparatla təsəlli tapır.
Və sonda. Britaniya hökuməti yalnız 2009-cu ildə Alan Türinqə haqsızlıq edildiyini qəbul edib. Baş nazir Qordon Braun öz çıxışında ona qarşı vəhşicəsinə davranıldığını etiraf edib. Nəhayət, 2013-cü ildə I Dünya Müharibəsinin xilaskarı sayılan Alan Türinq Kralica II Elizabeth tərəfindən rəsmi olaraq “əvf edilib”.
Son xəbərlər
Son Xəbərlər