Honda “Neftçi”də ilk qolunu vurdu - Video

Honda “Neftçi”də ilk qolunu vurdu
Oxunma sayı: 1488

Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, turun açılış matçında "Keşlə" və "Neftçi" komandaları üz-üzə gəlib.

Qarşılaşma ağ-qaraların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"yə qələbə qazandıran qollardan birinə də yaponiyalı futbolçu Keysuke Honda imza atıb. 34 yaşlı yarımmüdafiəçi 74-cü dəqiqədə fərqlənib. Bu, Hondanın "Neftçi"nin heyətində ilk qoludur.