Honduras Venesuela səfirini ölkədən çıxarır

honduras-venesuela-sefirini-olkeden-cixarir
Oxunma sayı: 753

Venesuelanın Hondurasdakı səfiri Filinto Duran ölkədən çıxarılır.

 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Duran özü məlumat yayıb. Onun sözlərinə görə, hadisə Honduras hakimiyyətinin Xuan Quaydonun diplomatik nümayəndəsini tanımasından sonra baş verib. Səfir bildirib ki, ölkəni tərk etmək üçün ona 5 gün vaxt verilib: “Məni cümə günü Honduras Xarici İşlər Nazirliyinə çağıraraq artıq səfir kimi tanımadıqlarını və ailəmlə birgə 5 gün ərzində ölkəni tərk etməli olduğum dedilər”.

Venesuelanın XİN-i məsələyə münasibət bildirərək Hondurasın beynəlxalq qanunlara və protokollara hörmət etmədiyini bəyan edib.

Aysel Kərimova