Hondurasda 41 məhbus qadın öldürüldü

hondurasda-41-mehbus-qadin-olduruldu
Oxunma sayı: 2609

Hondurasın Fransisko Morazan departamentindəki qadın həbsxanasında qarşıdurma baş verib. 

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, hadisə iki cinayətkar dəstə arasında olub.

Nəticədə 41 məhbus qadın öldürülüb. Onlardan 25-nin yanaraq öldürüldüyü bildirilir. 

İnsident ilə bağlı hələlik hakimiyyət orqanları ətraflı məlumat verməyib.