Hondurasda onlarla insanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tequsiqalpa yaxınlığında meyvə yüklü maşın avtobusla toqquşub.
Nəticədə 23 nəfər ölüb, 35 nəfər isə yaralanıb. Qəza baş verən əraziyə xeyli sayda təcili yardım və xilasetmə qüvvələri cəlb edilib.




Son xəbərlər
Son Xəbərlər