Honkonqda koronavirusa yoluxmuş yeganə it öldü

honkonqda-koronavirusa-yoluxmus-yegane-it-oldu
Oxunma sayı: 1200

Honkonqda koronavirus epidemiyasına yoluxmuş yeganə it ölüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti yazıb.

Nəşrin məlumatına görə, heyvan müalicə alıb evə buraxılsa da, həyatını itirib.

Sahibi itinin martın 16-da öldüyünü bildirib.

Qeyd edək ki, Honkonqda pomerianian cinsindən olan 17 yaşlı it fevral ayında koronavirusa yoluxduğu təsdiqləndikdən sonra karantinə alınmışdı. O, simptom olmadan xəstələnmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sahibinin itini virusa yoluxdurduğunu açıqlamışdı.