Ötən gün Çinin Honkonq xüsusi inzibati rayonunda milyonlarla insan ədalətdən gizlənən şübhəli şəxslərin ekstradisiyası haqqında qanunda düzəliş edilməsinə etiraz olaraq kütləvi aksiya keçirib.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, mitinq nəticəsində onlarla insan xəsarət alıb, 5 nəfər saxlanılıb.
Məlumata görə, nümayişçilər məşhur ticarət küçəsi olan Natan-Rouda gedən bütün yolları bağlayıblar.
Aksiya zamanı yüzlərlə polis iştirak edib. Onlar etirazçılara qarşı dubinkadan istifadə ediblər.
Son xəbərlər
Son Xəbərlər