Honq- Konq aeroportu ələ keçirildi - Fotolar

honq-konq-aeroportu-ele-kecirildi
Oxunma sayı: 2589

Cinayətkarların Çinə təhvil verilməsini asanlaşdıran qanun layihəsinə etiraz olaraq Honq- Konq şəhərində beynəlxalq hava limanında bütün uçuşlar ləğv edilib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə sakin səhər saatlarında aeroportun əsas terminalını, giriş-çıxış nöqtələrini zəbt edərək etiraz aksiyası keçiriblər.

Hava limanı rəsmisi Yanq Quanq bildirib ki, bu hadisə bütün uçuş əməliyyatlarını ciddi şəkildə gecikdirib.

O da qeyd edilir ki, nümayişçilər 171 asayiş keçikçisinə xəsarət yetiriblər.