Honqkonq parlamentində Çin tərəfdarları ilə müxaliflər arasında əlbəyaxa qarşıdurma yaşanıb.
“Qafqazinfo” “Milliyyet”ə istinadən xəbər verir ki, qarşıdurma zamanı bir neçə deputat xəsarət alıb, Demokratlar partiyasından olan deputat Endryu Van Siu-kin isə yaralanaraq xəstəxanaya aparılıb.
Qeyd edək ki, ötən il Honqkonqda Çin hakimiyyətinə qarşı aylarla davam edən küçə nümayişləri keçirilmişdi.




Son xəbərlər
Son Xəbərlər